İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş.- nin Azərbaycandakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) yeni rəhbəri Mahmut Sami Şahin’i ziyarət edib.
Görüşdə hər iki rəhbər məqsədlərinin hər zaman insanlara daha yaxşı və keyfiyyətlə xidmət etmək olduğunu vurğuladılar. Onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi hədəflədikləri, müxtəlif səbəblərdən zaman-zaman bir araya gələcəklərini və bu mənada ünsiyyəti isti saxlamağa çalışdıqlarını bildiriblər.
Teymuraz Əsgərov, yeni rəhbər Mustafa Sami Şahin’ə vəzifəsində uğurlar arzulayaraq, “Görüləcək keyfiyyətli işlərlə insanların əmin-amanlığı və rifahı daha da yüksələcək. Bu münasibətlə yeni seçilmiş rəhbəri təbrik edir, bütün TSE heyyətinə işlərində uğurlar arzulayıram” sözlərini ifadə etdi.
Mustafa Sami Şahin səfərdən məmnunluğunu ifadə edib.