Новости

Bu gün – 9 oktyabr İNTERSERT-in fəaliyyətə başlamasının bir ili tamam olur.

By 09.10.2020 13 октября, 2020 No Comments

Bu gün İntersert Uygunluk Değerlendirme Hizmetleri Anonim Şirketinin Türkiyənin Standartlaşdırma İnstitutunun (TSE) təşəbbüsü ilə Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyətə başlamasının bir ili tamam olur. Ölkənin keyfiyyət infrastukrutunun sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən ən nüfuzlu orqanlarından biri olan İntersertin əsas məqsədi, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Bu il ərzində şirkətimiz, ölkəmizin rəqabət gücünü artırmaq, milli və beynəlxalq səviyyədə ticarəti asanlaşdırma və vətəndaşlarımızın həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün çalışıb.

 

Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda İntersert olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əminik! Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və can sağlığı arzu edirik!

Qarabağ Azərbaycandır!