Çinin Wuhan şəhərində ortaya çıxan və dünyayı təsiri altına alan yeni Coronavirus növü (Covid-19) ilə bütün platformalarda güclü mübarizə aparırıq. İntersert olaraq epidemiyanın ilk günündən bəri atdığımız hər addımda insan və əməyə üstünlük verərək, istehsalın bütün cəbhələrində fəaliyyət göstərən sektorlarla məsləhətləşmələr aparıb, hər hansı bir zərərin qarşısını almağa çalışırıq. Həyata keçirilən tədbirlər ilə bir çox asanlaşdırıcı təcrübə tətbiq etdik.
Türkiyənin Standartlaşdırma İnstitutu məlumatlandırmaq üçün; sənaye təşkilatlarının işçilərini, ziyarətçilərini, təchizatçılarını, texniki işçilərini və s. qorumaq üçün gigiyena tətbiqləri və kontrol tövsiyyələrini özündə cəmləşdirən Covid-19 Gigiyena, İnfeksiya qarşısının alınması və Nəzarət Təlimatı’nı hazırladı. Bu təlimat, şirkətlərə yalnız epidemiya ilə mübarizə apararkən yol göstərməklə yanaşı, epidemiyadan sonrakı dövrün ehtiyacları olan «etibarlı, epidemiyadan təsirlənməmiş və gigiyenik istehsal» standartlarına uyğun olaraq məhsul istehsal edə bilmələrini təmin edəcək bir bələdçi rolunu oynayacaqdır.
Sağlam cəmiyyət, sağlam gələcək nəsillər kollektiv səylərin birgə nəticəsi ilə əldə edilə bilər. Uğur üçün cəmiyyətin bütün səviyyələrində ortaq bir hədəfə sahib olmaq lazımdır. Bütövlükdə ölkəmizin gələcək rifahını, indiki və gələcək nəsillərin sağlamlığını qorumaq üçün, əməkdaşlarımız Təlimatı dərindən öyrənir və bütün sahələrdə tətbiq edir.