Metallurgiya sənayesi 2 sahədən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Metallurgiya kombinatları əmək məhsuldarlığını artırır, məhsulun maya dəyərini aşağı salır və vəsaitə qənaət etməyə imkan verir. Ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir. Hər sahədə olduğu kimi Metallurgiya sektorunda da hər zaman standartlar yer alır.