Xəbərlər

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov nümayəndə heyətini qəbul etmişdir

By 16.01.2020 June 15th, 2020 No Comments

INTERSERT-in rəhbəri Teymuraz Əsgərov , INTERSERT rəhbərinin müşaviri Kənan Sadıqov və Azesert MMC-nin icraçı direktoru Famil Musayev işgüzar səfərdə olmuşlar. Səfərin ilk günləri Azərbaycandan gələn nümayəndə heyəti Komratda, 13 fərqli ölkə nümayəndələrinin iştirak etdiyi “Invest Gagauzia 2019” Beynəlxalq formuna qatılmışlar.

Tədbir sonrası Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov Azərbaycandan gələn nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Azərbaycan və Avropa iqtisadiyyatı ilə bağlı geniş müzakirələr aparılmışdır. Cənab səfir Qüdsi Osmanov şirkətimizin fəaliyyətində uğurlar arzulayıb, dəstəyini əsirgəməyəcəyini bildirmişdir. Tədbirdə Moldovanın ITT şirkətinin rəhbər şəxsləri Sergey Mikhalchuk və həmçinin Qaqauziyanın millət vəkili Gheorghi Efteni də iştirak etmişdir.