Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı t və s. maşınqayırma sahələrini əhatə edir. Sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə işçilərinin sayına görə 1-ci yeri tutur. Hazırda bir çox zavod İSO 9001 sertifikatının tələblərinə uyğun olaraq istehsal edilən avadanlığın keyfiyyətinin idarə edilməsi menecmentini müvəffəqiyyətlə həyata keçirir. Eyni zamanda neft-qaz avadanlıqlarının böyük qismi Amerika Neft İnstitutunun (APİ) spesifikasiyalarına uyğun istehsal edilir.