Tikinti milli iqtisadiyyatın məhsul istehsal edən sahələrindən biridir. Onun fəaliyyəti sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondlar yaratmaqdan, daşınmaz əmlakın bərpasını, əsaslı və cari təmirini həyata keçirməkdən ibarətdir. Tikinti iqtisadi və sosial sektorlarda elmi-texniki tərəqqinin sürətlənməsi, inkişafın sahəvi və regional proporsiyalarının təkmilləşdirilməsi üçün maddi texniki bazanın formalaşdırılmasında, ölkənin iqtisadi potensialının artırılmasında və müdafiə qabiliyyətinin yüksəldilməsində bilavasitə iştirak edir. Müasir maşın və mexanizmlərlə təchiz olunan tikinti-quraşdırma təşkilatları onun institusional vahidləridir. Bina və infrastruktur layihələrinizi planlaşdırmağınız və idarə etməyiniz üçün lazım olan tikinti üçün sınaq, yoxlama və uyğunluq xidmətləri təqdim edirik.