Ölçmə vasitələrinin kalibrlənməsi ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur. Kalibrlənmə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır və ölçmələrin qeyri-dəqiq nəticələrinin insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinə mənfi təsirlərinin qarşısını almaq məqsədi daşıyır.