İnspeksiya nəzarəti sifarişçiyə podratçının səriştəliliyindən, obyektdə çalışan personalın peşəkarlığından, həmçinin bu təşkilatın texniki cəhətdən təchiz olunma səviyyəsindən və yerinə yetirilən işlərin keyfiyyət və vaxtına riayət olunmasından əmin olmaq imkanı verir. Inspeksiya-məhsul layihələndirməsinin, məhsulun, xidmətin, prosesin ekspertizası və ya onların xüsusi tələblərə uyğunluğunun peşəkar rəy və ümumi tələblər əsasında müəyyən edilməsidir. Prosesin inspeksiyasına personal, avadanlıq, texnologiya və metodologiya daxildir. İnspeksiya orqanları dedikdə, inspeksiya fəaliyyətlərini yerinə yetirən hər hansı orqan nəzərdə tutulur. İnspeksiya təchizatçının/müəssisənin müəyyən edilməsindən və qiymətləndirilməsindən sonra, həmçinin kütləvi istehsalın başlanmasına qədər aparılır. İnspeksiya orqanları AZS ISO 17020:2008 standartının tələblərinə uyğun akkreditasiya olunur.
Zaman və enerji itirmədən, qanunvericiliyə uyğun olaraq xidmətlərimizi sifariş edin.
Son xəbərlər
- İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş.- nin Azərbaycandakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) yeni rəhbəri Mahmut Sami Şahin’i ziyarət edib. 27.07.2022
- İntersert Azərbaycanda T.C. Halal Akkreditasiya Agentliyi tərəfindən ilk akkreditasiya olunmuş səlahiyyətli orqan adına layiq görülüb. 27.07.2022