Sertifikatlaşdırmanın keçirilmə imkanını müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə aşağıdakıları nəzərə alaraq onun təhlilini aparır:
- Sifarişçinin sertifikatlaşma sahəsinin və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya sahəsinə uyğunluğunun qiymətləndirilməsi;
- Sertifikatlaşdırma orqanı və sifarişçi təşkilat arasındaki anlaşmazlıqların aradan qaldırılması;
- Sertifikatlaşdırma üzrə orqanın auditin planlaşdırması üçün lazım olan informasiyalara malik olması (təşkilatın yerləşdiyi yer, təşkilati struktur, istehsal sahələri və ofislərin yerləşdiyi coğrafiya, işçilərin sayı, auditin aparılma vaxtı, auditin işçi dili, təhlükəsizlik şərtləri, qərəzsizliyə maneə yarada biləcək səbəblər və s.);
- Sertifikatlaşdırma orqanının sifarişçiyə uyğun olan müddətdə sertifikatlaşdırmanı yerinə yetirmə imkanına və müvafiq resurslara malik olması;
- Sifarişçi təşkilatın idarəetmə sistemləri üçün konsaltinq xidmətindən istifadəsi;
Nəticələr əsasında sertifikatlaşdırmanın aparılmasının mümkünlüyü və ya mümkünsüzlüyü haqqında qəbul edilən qərar üzrə məlumat sifarişçiyə göndərilir.