Category

Xəbərlər

“Bakutel” sərgisi 25 illik yubileyini yeni brend və formatda təntənəli şəkildə qeyd edir!

By | Xəbərlər | 44,752 Comments

25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır. Sərgidə həmçinin şirkətimizin rəhbəri Teymuraz Əsgərov, rəhbər müşaviri Kənan Sadıqov, Dövlət rəsmiləri eləcə də yerli və xarici şirkət nümayəndələri iştirak etmişdir.

“İntersert Uyğunluk Değerlendirme Hizmetleri” Anonim Şirkətinin Nümayəndəliyinin açılışı keçirilib.

By | Xəbərlər | 47,609 Comments

Bakıda Türkiyənin “İntersert Uygunluk Değerlendirme Hizmetleri” Anonim Şirketinin Azərbaycandakı nümayəndəliyinin açılışı keçirilib.

Tədbirdə Azərbaycanda səfərdə olan Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) rəhbəri Adəm Şahin, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin iş adamları iştirak edib.

Tədbirdə çıxış edən “Azesert” Sertifikatlaşdırma Orqanı və “İntersert Uygunluk Değerlendirme Hizmetleri” A.Ş.nin Azərbaycandakı nümayəndəliyinin direktoru Teymuraz Əsgərov bildirib ki, standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir: “Azesert” Sertifikatlaşdırma Orqanı ölkənin keyfiyyət infrastrukturunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir və sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumdur. “Azesert” Sertifikatlaşdırma Orqanı Türk Standartları yanında Beynəlxalq Uyğunluğun Qiymətləndirilməsi Xidməti (İCAS) ilə birlikdə “İntersert Uygunluk Değerlendirme Hizmetleri” A.Ş.nin Azərbaycandakı nümayəndəliyini yaradıb. Bu qurumun yaradılması nəticəsində Azərbaycanda istehsal olunan məhsullar maneəsiz Türkiyənin Standartlaşdırma İnstitutunun (TSE) laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq ki, bu da Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir”.

Qurum rəhbəri həmçinin Azərbaycanda neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlara cavab verən laboratoriyanın da inşa ediləcəyini bildirib.

Türkiyə Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə çıxış edərək Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin daha da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, nümayəndəliyin açılması Azərbaycan məhsullarının rahat şəkildə dünya bazarına çıxmağına töhfə verəcək.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın böyük tarixi olduğunu qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin səyləri nəticəsində bu əməkdaşlıq daha da genişlənir və gözəl nəticələr verir.

Sonra çıxış edən Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) rəhbəri Adəm Şahin yeni yaradılacaq “İntersert” sertifikatlaşdırma orqanı haqqında məlumat verərək bildirib ki, bu orqan Türkiyə və beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq və nəticədə TSE-nin 65 illik təcrübəsi İCAS vasitəsilə Azərbaycanda geniş tətbiq ediləcək.

Azərbaycan Akkreditasiya Mərkəzinin direktor müavini Ruslan Ömərov bildirib ki, hazırda dövlət tərəfindən kiçik və orta biznes sahəsində bir çox islahatlar aparılır. Onun sözlərinə görə, ölkədə məhsul istehsalı ilə bağlı məşğul olan müəssisə və təşkilatların xarici bazarlara sərbəst çıxması üçün münbit şərait yaradılıb: “Bu sahədə ölkə Prezidenti tərəfindən bir çox dövlət proqramları qəbul edilib və müvafiq fərmanlar imzalanıb. Lakin müəssisələr xarici bazarlara məhsul çıxararkən keyfiyyətin qiymətləndirilməsi problemləri ilə üzləşir. Beynəlxalq təcrübə göstərir ki, məhsulun keyfiyyətinin normativ sənədin tələblərinə uyğunluğuna zəmanət verən lazımi vasitə sertifikatlaşdırmadır”.

Sonda Ruslan Ömərov Akkreditasiya sənədini Teymuraz Əsgərova təqdim edib.