8 noyabr Komrat Mədəniyyət Evinin akt zalında keçirilən tədbirə 13 ölkədən gəlmiş rəsmi nümayəndə heyətini Qaqauziya başqanı İrina Vlax qarşıladı. Başqan İ.Vlax buranın gələcəkdə Moldovanın ən dinamik inkişaf edən bölgəsi olacağını bildirərək, xarici investorları Qaqauziyanın inkişaf tarixinin bir hissəsi olmağa dəvət etdi.
Tədbirdə Moldovada işgüzar səfərdə olan “INTERSERT Uygunluk Değerlendirme Hizmetleri” A.Ş. nin Azərbaycanda Respublikasındakı nümayəndəliyinin rəhbəri Teymuraz Əsgərov, “ICAS Uluslararası Uygunluk Değerlendirme Servisi” A.Ş.nin rəhbəri Hakan Ergin və digər şirkət nümayəndələri iştirak etmişdir.
Azərbaycanın Sertifikatlaşdırma orqanı “Azesert MMC”nin icraçı direktoru Famil Musayev Moldovanın NTV kanalına müsahibə verərək, tədbirin Qaqauziya üçün əhəmiyyətli olduğunu və yaxın gələcəkdə keçirilmiş beynəlxalq formun Qaqauziyaya öz töhvəsini verəcəyini bildirdi.