Məhsulların və xidmətlərin sertifikatlaşdırılması
Xidmət və məhsulların sertifikatlaşdırılması həmin xidmət və məhsulların müvafiq standart, kod və texniki spesifikasiyalara uyğunluğunun müxtəlif test və analiz metodlarından istifadə etməklə sertifikatlaşdırılması əməliyyatıdır. Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən istehsal və idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, tikinti materiallarının, rabitə vasitələrinin, avtomobil və onların ehtiyat hissələrinin, yüngül sənaye məhsullarının, neft və neft-kimya məhsullarının sertifikatlaşdırılmasını həyata keçirir. Intersert şirkəti xidmət və məhsulların qanunvericiliyə görə uyğunluğunun qiymətləndirilməsi və beynəlxalq standartlara əsasən sertifikatlaşdırılması üzrə peşəkar xidmətlərin göstərilməsini təşkil edir.
İdarəetmə sistemlərinin sertifikatlaşdırılması
Beynəlxalq idarəetmə standartlarının tətbiqi müəssisələrin ölçüsü, işçi sayı, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq onun işinin səmərəli təşkilinə, məhsuldarlığın artılmasına, keyfiyyətli xidmət göstərilməsi və müştəri məmnunluğuna nail olunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara təhlükəsiz iş şəraitinin yaradılması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir. İstehsal və idxal olunan məhsulların standartların və normativ sənədlərin nəzərdə tutulan tələblərinə uyğunluğu beynəlxalq standartlar əsasında akkreditatsiya edilmiş laboratoriyalar və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən müəyyən edilir.
Personalın sertifikatlaşdırılması
Müasir dövrdə rəqabətədavamlı məhsulların və keyfiyyətli xidmətlərin istehlkaçılara təqdim edilməsi, müəssisənin rentabelli olması birbaşa onun personalının səriştəliliyi ilə şərtlənir. Bu faktoru nəzərə alaraq bütün dünyada geniş tətbiq olunan ISO 17024:2017 beynəlxalq standartına uyğun olaraq personalın sertifikatlaşdırılması həyata keçirilir. Prosesin yekununda sertifikatlaşdırılma sxemləri əsasında imtahan vasitəsilə heyətin öz peşə faəliyyəti üzrə bilik bacarıqları, onları nümayiş etdirmək və inkişaf imkanları aşkara çıxarılır.