Xəbərlər

Intersert -in rəhbəri Teymuraz Əsgərov İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

By 16.01.2020 June 15th, 2020 No Comments

“5. Dünya Halal Zirvəsi ilə ”7. İslam Əməkdaşlığı Təşkilatı Halal Sərgisinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında İstanbul Avrasiya İncəsənət Mərkəzində 28 noyabr – 1 dekabr tarixləri arasında ən böyük Beynəlxalq Halal Sərgisi keçirilmişdir. Sərgidə TSE baş katibinin müavini İlhami Aktürk, ICAS-ın rəhbəri Hakan Ergin, Intersert-in rəhbəri Teymuraz Əsgərov, ITT-nin direktoru Sergey Mikhalchuk, digər dövlət rəsmiləri və şirkət nümayəndələri iştirak etmişdir. İstanbulda işgüzar səfər zamanı ICAS-ın rəhbəri Hakan Ergin, Intersert-in rəhbəri Teymuraz Əsgərovu və ITT-nin direktoru Sergey Mikhalchuku qəbul etmişdir. Görüşdə INTERSERT-in Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunması və qarşıda duran digər məsələlərlə bağlı müzakirə aparılmışdır.  Intersert-in rəhbəri Teymuraz Əsgərov işgüzar səfərdə olarkən, SMIIC (İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu) baş katibi İhsan Övütlə də görüşmüşdür.