Xəbərlər

24-28 Noyabr tarixləri arasında 7-ci Dünya Halal Sammiti və 8-ci İİT Halal Sərgisi keçirilmişdir.

By 01.12.2021 No Comments

Açılışına, Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın qatıldığı, İslam Ticarətinin İnkişafı Mərkəzi (ICDT) və İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu (SMIIC) əməkdaşlığı ilə təşkil edilən 7-ci Dünya Halal Sammiti və 8-ci İİT Halal Sərgisi 24-28 Noyabr tarixləri arasında İstanbul Konqre mərkəzində təşkil edilmişdir.

Oktay, “Dünyanı bürüyən Kovid-19 epidemiyasına baxmayaraq, bu gün zirvədə 20-dən çox ölkədən 60-a yaxın məruzəçini, Sərgidə başda qida sahəsi daxil olmaqla kosmetika, tibb, kimya, tekstil, turizm və texnologiya kimi sahələrdə 35 ölkədən 400-ə yaxın şirkət və müəssisəyə ev sahibliyi etməyimiz, halal məhsul və xidmətlərə verilən dəyər və marağı göstərir” ifadəsini bildirdi.

Gündəmi şərh edən TSE prezidenti Prof. Dr. Adem Şahin sərgiyə 3 şəxsiyyətlə qatıldıqlarını söylədi. Şahin, “Mən TSE rəhbəri olaraq buradayam. Bizim qarşımızda beynəlxalq uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri ilə məşğul olan, kapitalı TSE-yə məxsus olan bir şirkət var. Bundan əlavə, Moldova, Azərbaycan, Kipr və Almaniyada yerləşən 7 fərqli bölgədə sertifikatlaşdırma fəaliyyətini həyata keçirən filiallarımızla buradayıq. Üçüncü şəxsiyyətimiz SMIIC adlı bir təşkilatdır. 2011-ci ildə qurulan 43 İslam ölkəsinin üzv olduğu bu təşkilatın baş katibliyi İstanbulda olmaqla, xüsusilə günümüzün mövzusu olan halala böyük əhəmiyyət verdiyimizə istinad etdiyimiz bir təşkilatdır. Eyni zamanda mən TSE prezidenti olaraq, həmin təşkilatın vitse-prezidentiyəm”. ifadəsini işlətdi.

TSE-nin törəmə şirkəti olduğu ICAS-ın rəhbəri Hakan Ergin, “2022-ci ildə xüsusən Azərbaycan mərkəzli olaraq Türki Respublikalarda halal məhsullar sahəsində sertifikatlaşdırma səylərimizi sürətləndirəcəyik. Biz bir çox müxtəlif sahələrdə də xidmət göstəririk. Başqa sözlə, sertifikatlaşdırma, sınaq yoxlaması və Türkiyədə dövlət qurumunun idxalı kimi uyğunluğun qiymətləndirilməsinin bütün aspektlərində yoxlamalar həyata keçiririk. Qısaca, biz uyğunluğun qiymətləndirilməsinin bütün sahələrində fəaliyyət göstəririk”. dedi.

Onlayn şəkildə də izlənilə bilən tədbir İƏT-ə üzv ölkələr arasında həmrəylik və əməkdaşlığı artırmaq, eləcə də üzv olmayan ölkələrdə halal sektorunda maarifləndirmə və əlaqələri gücləndirmək məqsədi daşıyır.