Regionda ən çox qida məhsulları istehsal,istehlak və ixrac edən dövlət olaraq, istehsal olunan qida məhsullarının mütləq formada təhlükəsizliyinə cavab verməliyik. Məhsulun ilkin istehsalı daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə zəmanət verilməlidir. Həmçinin kənd təsərrüfatı sektorunun inkişafı bütün ölkələr üçün ən prioritet hədəflərdəndir. Sertifikatlaşdırılan hər sahə istehlakçıların məhsul/xidmətlərinin təhlükəsizliyi barədə təsəvvürlərini inkişaf etdirir və bazarda əhəmiyyətli rəqabət üstünlüyü əldə edir.