Tikinti milli iqtisadiyyatın məhsul istehsal edən sahələrindən biridir. Onun fəaliyyəti sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondlar yaratmaqdan, daşınmaz əmlakın bərpasını, əsaslı və cari təmirini həyata keçirməkdən ibarətdir. Tikinti iqtisadi və sosial sektorlarda elmi-texniki tərəqqinin sürətlənməsi, inkişafın sahəvi və regional proporsiyalarının təkmilləşdirilməsi üçün maddi texniki bazanın formalaşdırılmasında, ölkənin iqtisadi potensialının artırılmasında və müdafiə qabiliyyətinin yüksəldilməsində bilavasitə iştirak edir. Müasir maşın və mexanizmlərlə təchiz olunan tikinti-quraşdırma təşkilatları onun institusional vahidləridir. Bina və infrastruktur layihələrinizi planlaşdırmağınız və idarə etməyiniz üçün lazım olan tikinti üçün sınaq, yoxlama və uyğunluq xidmətləri təqdim edirik.
Zaman və enerji itirmədən, qanunvericiliyə uyğun olaraq xidmətlərimizi sifariş edin.
Son xəbərlər
- İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş.- nin Azərbaycandakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) yeni rəhbəri Mahmut Sami Şahin’i ziyarət edib. 27.07.2022
- İntersert Azərbaycanda T.C. Halal Akkreditasiya Agentliyi tərəfindən ilk akkreditasiya olunmuş səlahiyyətli orqan adına layiq görülüb. 27.07.2022