Category

Xəbərlər

İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş.- nin Azərbaycandakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) yeni rəhbəri Mahmut Sami Şahin’i ziyarət edib.

By | Xəbərlər

İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş.- nin Azərbaycandakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) yeni rəhbəri Mahmut Sami Şahin’i ziyarət edib.

Görüşdə hər iki rəhbər məqsədlərinin hər zaman insanlara daha yaxşı və keyfiyyətlə xidmət etmək olduğunu vurğuladılar. Onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi hədəflədikləri, müxtəlif səbəblərdən zaman-zaman bir araya gələcəklərini və bu mənada ünsiyyəti isti saxlamağa çalışdıqlarını bildiriblər.

Teymuraz Əsgərov, yeni rəhbər Mustafa Sami Şahin’ə vəzifəsində uğurlar arzulayaraq, “Görüləcək keyfiyyətli işlərlə insanların əmin-amanlığı və rifahı daha da yüksələcək. Bu münasibətlə yeni seçilmiş rəhbəri təbrik edir, bütün TSE heyyətinə işlərində uğurlar arzulayıram” sözlərini ifadə etdi.

Mustafa Sami Şahin səfərdən məmnunluğunu ifadə edib.

24-28 Noyabr tarixləri arasında 7-ci Dünya Halal Sammiti və 8-ci İİT Halal Sərgisi keçirilmişdir.

By | Xəbərlər

Açılışına, Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın qatıldığı, İslam Ticarətinin İnkişafı Mərkəzi (ICDT) və İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu (SMIIC) əməkdaşlığı ilə təşkil edilən 7-ci Dünya Halal Sammiti və 8-ci İİT Halal Sərgisi 24-28 Noyabr tarixləri arasında İstanbul Konqre mərkəzində təşkil edilmişdir.

Read More

Intersertin şirkətinin əməkdaşları Covid-19 Gigiyena, İnfeksiya qarşısının alınması və Nəzarət Təlimatı təlimində iştirak ediblər

By | Xəbərlər

Çinin Wuhan şəhərində ortaya çıxan və dünyayı təsiri altına alan yeni Coronavirus növü (Covid-19) ilə bütün platformalarda güclü mübarizə aparırıq. İntersert olaraq epidemiyanın ilk günündən bəri atdığımız hər addımda insan və əməyə üstünlük verərək, istehsalın bütün cəbhələrində fəaliyyət göstərən sektorlarla məsləhətləşmələr aparıb, hər hansı bir zərərin qarşısını almağa çalışırıq. Həyata keçirilən tədbirlər ilə bir çox asanlaşdırıcı təcrübə tətbiq etdik.

Read More

INTERSERT-in rəhbəri Teymuraz Əsgərov Invest Qaqauziya 2019 Beynəlxalq Formunda iştirak etdi

By | Xəbərlər

8 noyabr Komrat Mədəniyyət Evinin akt zalında keçirilən tədbirə 13 ölkədən gəlmiş rəsmi nümayəndə heyətini Qaqauziya başqanı İrina Vlax qarşıladı. Başqan İ.Vlax buranın gələcəkdə Moldovanın ən dinamik inkişaf edən bölgəsi olacağını bildirərək, xarici investorları Qaqauziyanın inkişaf tarixinin bir hissəsi olmağa dəvət etdi.

Tədbirdə Moldovada işgüzar səfərdə olan “INTERSERT Uygunluk Değerlendirme Hizmetleri” A.Ş. nin Azərbaycanda Respublikasındakı nümayəndəliyinin rəhbəri Teymuraz Əsgərov, “ICAS Uluslararası Uygunluk Değerlendirme Servisi” A.Ş.nin rəhbəri Hakan Ergin və digər şirkət nümayəndələri iştirak etmişdir.

Azərbaycanın Sertifikatlaşdırma orqanı “Azesert MMC”nin icraçı direktoru Famil Musayev Moldovanın NTV kanalına müsahibə verərək, tədbirin Qaqauziya üçün əhəmiyyətli olduğunu və yaxın gələcəkdə keçirilmiş beynəlxalq formun Qaqauziyaya öz töhvəsini verəcəyini bildirdi.

Intersert -in rəhbəri Teymuraz Əsgərov İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

By | Xəbərlər

“5. Dünya Halal Zirvəsi ilə ”7. İslam Əməkdaşlığı Təşkilatı Halal Sərgisinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında İstanbul Avrasiya İncəsənət Mərkəzində 28 noyabr – 1 dekabr tarixləri arasında ən böyük Beynəlxalq Halal Sərgisi keçirilmişdir. Sərgidə TSE baş katibinin müavini İlhami Aktürk, ICAS-ın rəhbəri Hakan Ergin, Intersert-in rəhbəri Teymuraz Əsgərov, ITT-nin direktoru Sergey Mikhalchuk, digər dövlət rəsmiləri və şirkət nümayəndələri iştirak etmişdir. İstanbulda işgüzar səfər zamanı ICAS-ın rəhbəri Hakan Ergin, Intersert-in rəhbəri Teymuraz Əsgərovu və ITT-nin direktoru Sergey Mikhalchuku qəbul etmişdir. Görüşdə INTERSERT-in Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunması və qarşıda duran digər məsələlərlə bağlı müzakirə aparılmışdır.  Intersert-in rəhbəri Teymuraz Əsgərov işgüzar səfərdə olarkən, SMIIC (İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu) baş katibi İhsan Övütlə də görüşmüşdür.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov nümayəndə heyətini qəbul etmişdir

By | Xəbərlər

INTERSERT-in rəhbəri Teymuraz Əsgərov , INTERSERT rəhbərinin müşaviri Kənan Sadıqov və Azesert MMC-nin icraçı direktoru Famil Musayev işgüzar səfərdə olmuşlar. Səfərin ilk günləri Azərbaycandan gələn nümayəndə heyəti Komratda, 13 fərqli ölkə nümayəndələrinin iştirak etdiyi “Invest Gagauzia 2019” Beynəlxalq formuna qatılmışlar.

Tədbir sonrası Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov Azərbaycandan gələn nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Azərbaycan və Avropa iqtisadiyyatı ilə bağlı geniş müzakirələr aparılmışdır. Cənab səfir Qüdsi Osmanov şirkətimizin fəaliyyətində uğurlar arzulayıb, dəstəyini əsirgəməyəcəyini bildirmişdir. Tədbirdə Moldovanın ITT şirkətinin rəhbər şəxsləri Sergey Mikhalchuk və həmçinin Qaqauziyanın millət vəkili Gheorghi Efteni də iştirak etmişdir.

Moldovada işgüzar səfərdə olan nümayəndə heyəti İrina Vlaxla görüşmüşdür

By | Xəbərlər | 45,994 Comments

Noyabr ayının 7-dən başlayaraq, INTERSERT-in rəhbəri Teymuraz Əsgərov və ICAS-ın rəhbəri Hakan Ergin Moldovada işgüzar səfərdə olmuşlar. Azərbaycan nümayəndə heyətinin tərkibində həmçinin, INTERSERT rəhbərinin müşaviri Kənan Sadıqov və Azesert MMC-nin icraçı direktoru Famil Musayev də iştirak etmişdir.

Səfərin ilk günü Azərbaycandan gələn nümayəndə heyəti Komratda, Beynəlxalq Foruma qatılmışlar. Tədbir sonrası Qaqauzia Muxtar bölgəsinin başqanı İrina Vlaxla görüş keçirilmişdir. Görüş zamanı iş adamları və dövlət rəsmiləri əlaqələrin genişləndirilməsi, sərmayə imkanları və s. mövzuları müzakirə etmişlər.