Digər sektorlarda olduğu kimi, səhiyyə sektorunda da qlobal rəqabət mövcuddur.Buna görə, səhiyyə sektorunda tibbi xidmətlər göstərilərkən keyfiyyətin idarə olunması üzrə ümumi araşdırmalar və təcrübələr getdikcə daha vacib hala gəlmiş və müştəri yönümlü bir yanaşma qəbul edilmişdir. Həm özəl sektorda, həm də dövlətə məxsus səhiyyə müəssisələrində ümumi keyfiyyət idarəetməsini yaxşılaşdırmaq üçün tətbiq olunan təcrübələr xəstələrin tələb və gözləntilərinə uyğun olaraq hər gün fərqlənir və inkişaf edir. Hər gün tibb sahəsində yeni inkişaflar yaşanır, insanların təhsil səviyyəsi yüksəlir, sağlamlıq sahəsində keyfiyyət gözləntiləri artır.