Məhsulların sınaqlarını həyata keçirən laboratoriyalar, o cümlədən istehsalata xidmət edən laboratoriyalar könüllü akkreditasiya oluna bilərlər. İstisna hallarda bəzi laboratoriyalar, məsələn sertifikatlaşdırma sınaqlarını aparan, sınaqlar sahəsində təsərrüfat hesablı xidmətlər göstərən müstəqil laboratoriyalar, eyni zamanda qanunvericiliklə fəaliyyəti tənzimlənən dövlət qurumu tərəfindən akkreditasiya olunmasına cəlb edilə bilən laboratoriyalar məcburi akkreditasiyaya məruz qalır. Akkreditasiyaya iddialı olan sınaq laboratoriyaları AZS İSO/İEC 17025:2009 standartının tələblərinə cavab verməli və həmin tələbləri yerinə yetirməlidirlər.